EN

Yeni sədr Qubada sürüşmə zonasında: Tapşırıqlar verdi FOTO

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Aprelin 16-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Vüsal Nəsirli güclü yağışlardan sonra yol təsərrüfatı ciddi ziyan çəkən Quba rayonuna səfər edib.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yeni vəzifəsində sədr kimi Qubaya ilk dəfə gələn Vüsal Nəsirli qurumun idarə heyətinin sədr müavini Əvəz Qocayev, Quba icra başçısı İlqar Mahmudov və digər aidiyyatı qurum nümayəndələri əvvəlcə Quba-Qonaqkənd-Muçu avtomobil yolunun sürüşmüş ərazisinə və burada yeni çəkilən alternativ yola baxış keçiriblər.Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Vüsal Nəsirli və digər rəsmilər Quba-Alpan Susay-Xınalıq yolunda baş verən torpaq sürüşməsinə yerində baxış keçiriblər.Qurumun yeni sədri hər iki yol təsərrüfatında fəsadların aradan qaldırılması üçün tapşırıqlarını verib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
1
bizim.media

2Sources