Rusiya ilə Azərbaycan uçuş şəbəkəsinin genişləndirilməsi üzrə danışıqlar aparır...
"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
O, Azərbaycanda çoxlu sayda müasir beynəlxalq hava limanının yaradıldığını xüsusi qeyd edib:
“Dünən biz uçuş coğrafiyasının genişləndirilməsini müzakirə etdik ki, Rusiyanın daha çox şəhərinin sakinləri birbaşa, minimum xərc və narahatlıqla Azərbaycana gələ bilsinlər”.
Poliqon.info