AZ

Baş nazirin müavini: Rusiya və Azərbaycan uçuş şəbəkəsinin genişləndirilməsi üzrə danışıqlar aparır

Rusiya və Azərbaycan uçuş şəbəkəsinin genişləndirilməsi üzrə danışıqlar aparır.

"Far.Az" xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda çox sayda müasir beynəlxalq hava limanı yaradılıb.

"Dünən (Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasında - red.) biz uçuş coğrafiyasının genişləndirilməsini müzakirə etdik ki, mümkün qədər çox Rusiya sakinləri birbaşa, minimum xərc və narahatlıqla Azərbaycana uçuş edə bilsinlər", - Overçuk qeyd edib.

Seçilən
5
1
far.az

5Mənbələr