EN

Sabah hava necə olacaq?

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Mülayim cənub-qərb küləyi əsəcək.

Trend MilliHidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanıntemperaturu gecə 10-13, gündüz 16-21 dərəcə isti olacaq. Atmosfertəzyiqi 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbirütubət 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin axşam bəzi qərb rayonlarında qısamüddətliyağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayimşərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11, gündüz 18-23 dərəcə isti, dağlardagecə 0-5 dərəcə isti, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə istiolacaq.

Məqalədə:
Chosen
26
49
az.trend.az

10Sources