EN

Baki-Supsa kəməri ilə indiyədək nəql olunan neftin həcmi açıqlanıb

Bakı–Supsa kəməri istifadəyə veriləndən 1 aprel 2026-cı il tarixinədək onun vasitəsi ilə 738 mln.barel neft nəql olunub.

Bu barədə"APA-Economics" SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, kəmər Azərbaycanın müasir enerji strategiyasında mühüm yer tutaraq, Azərbaycan neftinin Qara dəniz vasitəsilə dünya bazarına çıxışını təmin edir.

Qeyd olunur ki, 17 aprel 1999-cu il – Bakı–Supsa neft kəməri istifadəyə verilib.

"“Əsrin müqaviləsi”ndən sonra həyata keçirilən ilk beynəlxalq ixrac layihələrindən biri kimi Azərbaycan neftinin ilk dəfə Qərb istiqamətində ixracını mümkün edib.

Regionda enerji əməkdaşlığının inkişafına töhfə verərək, sonrakı iri nəql layihələrinin reallaşdırılması üçün möhkəm zəmin yaradıb", - məlumatda qeyd olunur.

Chosen
6
8
apa.az

9Sources