AZ

Bakı–Supsa neft kəməri ilə neft nəqlinin həcmi açıqlanıb

Bakı. Trend:

Bu il aprelin 1-nə qədər Bakı–Supsa neft kəməri ilə 738 milyonbarel neft nəql olunub.

Trend bubarədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbərverir.

Qeyd edilib ki, bu kəmər 1999-cu il aprelin 17-də istismaraverilib.

"Bu kəmər Azərbaycanın müasir enerji strategiyasında mühüm yertutaraq, Azərbaycan neftinin Qara dəniz vasitəsilə dünya bazarınaçıxışını təmin edir. O, "Əsrin müqaviləsi"ndən sonra həyatakeçirilən ilk beynəlxalq ixrac layihələrindən biri kimi Azərbaycanneftinin ilk dəfə Qərb istiqamətində ixracını mümkün edib.Bakı–Supsa neft kəməri regionda enerji əməkdaşlığının inkişafınatöhfə verərək, sonrakı iri nəql layihələrinin reallaşdırılması üçünmöhkəm zəmin yaradıb", - məlumatda vurğulanıb.

Məqalədə:
Seçilən
18
8
az.trend.az

9Mənbələr