EN

Livan İsrailin atəşkəsi pozduğunu bildirib - VİDEO

Livan ordusu atəşkəs rejiminin qüvvəyə minməsindən sonra İsrailin hücumlarının davam etdiyini təsdiqləyib və ölkənin cənub sakinlərinə hələlik evlərinə qayıtmamağı tövsiyə edib.

Bu barədə ordunun mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
 


"Livan ordusu vətəndaşlara müraciət edərək, Livan və İsrail arasındakı atəşkəs razılaşmasının pozulması və İsrail tərəfindən həyata keçirilən hücumların qeydə alınması səbəbindən cənubdakı kənd və qəsəbələrə qayıtmağa tələsməməyə çağırır", - deyə açıqlamada vurğulanıb.

Qeyd olunub ki, ölkənin hərbi rəhbərliyi lazımi təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə vəziyyəti diqqətdə saxlayır. Eyni zamanda, əhaliyə, xüsusilə gecə saatlarında Livanın təhlükəli zonalarından uzaq durmaq tövsiyə olunur.

Bir qədər əvvəl isə Livanın Milli İnformasiya Agentliyi İsrailin ölkənin cənubunda yerləşən Xiam və Dbeybin şəhərlərini pulemyotlardan atəşə tutduğu barədə məlumat yaymışdı.

Chosen
22
7news.az

1Sources