Metbuat.az xəbər verir ki, qərara əsasən, mütəxəssis 2 oyunluq cəzalanıb, eyni zamanda 75 gün müddətinə futboldan kənarlaşdırılıb. Bundan əlavə, ona ümumilikdə 1 milyon lirə cərimə tətbiq olunub.
Cəzanın verilməsinə səbəb Yılmazın “Gaziantep FK”dan istefası zamanı keçirdiyi mətbuat konfransında səsləndirdiyi sərt açıqlamalar olub. Bu çıxışlar “idmanın nüfuzuna xələl gətirmək” və “etik qaydaları pozmaq” kimi qiymətləndirilib.