Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vəzifəsindən azad etdiyi Baş memar Rəşad Əhmədəliyevin bəzi mülklərinin siyahısı ortaya çıxıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Əhmədəliyev həmin mülkləri özünün və atasının adına rəsmiləşdirib.
Siyahını təqdim edirik:
Elşad Kərəm oğlu Əhmədəliyevin adına rəsmiləşdirilmiş Sumqayıt şəhəri, 4-cü mikrorayon, qeyri-yaşayış sahəsi, ev 30/80 - 43,80 kvadratmetr;
Elşad Kərəm oğlu Əhmədəliyevin adına rəsmiləşdirilmiş Sumqayıt şəhəri, Bulvar küçəsi, qeyri-yaşayış binası, 102 - 333,70 kvadratmetr;
Elşad Kərəm oğlu Əhmədəliyevin adına rəsmiləşdirilmiş Sumqayıt şəhəri, 4-cü mikrorayon, qeyri-yaşayış sahəsi, ev 30/80 - 29,40 kvadratmetr;
Elşad Kərəm oğlu Əhmədəliyevin adına rəsmiləşdirilmiş Sumqayıt şəhəri, 6-cı mikrorayon, Zülfü Hacıyev küçəsi, qeyri-yaşayış binası, giriş 105C - 20,70 kvadratmetr;
Elşad Kərəm oğlu Əhmədəliyevin adına rəsmiləşdirilmiş torpaq sahəsi - Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsi, torpaq, 104 - 0,06 hektar;
Rəşad Elşad oğlu Əhmədəliyevin adına rəsmiləşdirilmiş torpaq sahəsi - Sumqayıt şəhəri, "Samur-Abşeron" kanalının şimalı, Yeni yaşayış massivi, torpaq, 4A-cı məhəllə - 0,0507 hektar;
Rəşad Elşad oğlu Əhmədəliyevin adına rəsmiləşdirilmiş Sumqayıt şəhəri, "Samur-Abşeron" kanalının şimalı, Yeni yaşayış massivi, Əli Mustafayev küçəsi 197, fərdi yaşayış evi - 86,50 kvadratmetr.
Aytəkin Qardaşova





