EN

Avropa Liqası və Konfrans Liqasının yarımfinal cütlükləri məlum oldu

UEFA Avropa Liqası və UEFA Konfrans Liqası turnirlərinin dörddəbir final mərhələsinin cavab oyunları keçirilib.

"Yeni Sabah" xəbər verir ki, yarımfinal cütlükləri nəticələrinə əsasən müəyyən edilib.

Avropa Liqası:

Braqa (Portuqaliya) - Frayburq (Almaniya)

Nottinqem - Aston Villa (hər ikisi İngiltərə).

UEFA Konfrans Liqası: Rayo Valyekano (İspaniya) - Strasburq (Fransa)

Şaxtyor Donetsk (Ukrayna) - Kristal Palas (İngiltərə).

İlk oyunlar 30 apreldə, cavab oyunları isə 7 mayda keçiriləcək.

Avropa Liqası və Konfrans Liqası Çempionlar Liqasından sonra Avropanın ikinci və üçüncü ən nüfuzlu klub yarışlarıdır.


Telegram kanalımız
Chosen
10
yenisabah.az

1Sources