Bakı. Trend:
Bu ilin 1-ci rübü üzrə Azərbaycanda külək elektrikstansiyalarında (KES) 247,7 milyon kVt·st, Günəş elektrikstansiyalarında (GES) 91,3 milyon kVt·st elektrik enerjisi istehsaledilib.
Trend bubarədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə KES-lərdəenerji istehsalı 238,2 milyon kVt·st və ya 26,1 dəfə artıb,GES-lərdə isə 21,2 milyon kVt·st və ya 18,8% azalıb.
Ümumilikdə, 2026-cı ilin 1-ci rübü üzrə operativ məlumatlaraəsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 6 milyard 991milyon kVt·st olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə180,8 milyon kVt·st və ya 2,5% azalıb.