EN

Azərbaycan nefti bahalaşıb

Bakı. Trend:

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycanneftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə2,54 ABŞ dolları və ya 2,25 faiz artaraq bir barel üçün 115,55 ABŞdolları təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalıneftin FOB bazasında bir barelinin qiyməti 2,9 dollar və ya 2,66faiz bahalaşaraq 111,83 dollar olub.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 2,27 dollar və ya 2,76 faiz artaraq bir barel üçün 84,42dollara atıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftinqiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,28 dollar və ya 0,24faiz azalaraq bir barel üçün 116,27 dollara çatıb.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin ortaqiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci ilaprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ciilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Məqalədə:
Chosen
14
21
az.trend.az

10Sources