Bakı. Trend:
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycanneftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə5,85 ABŞ dolları və ya 4,88 faiz artaraq bir barel üçün 125,83 ABŞdolları təşkil edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalıneftin FOB bazasında bir barelinin qiyməti 6,18 dollar və ya 5,38faiz bahalaşaraq 121,02 dollar olub.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 6,02 dollar və ya 6,73 faiz artaraq bir barel üçün 95,52dollara atıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftinqiyməti isə əvvəlki göstərici ilə müqayisədə 6,63 dollar və ya 5,26faiz artaraq bir barel üçün 132,74 dollara çatıb.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin ortaqiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci ilaprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ciilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.