Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatı davam edir.
Apasport.az xəbər ki, yarışın ikinci günündə bir cüdoçumuz mübarizəyə qoşulacaq.
73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Olimpiya çempionumuz Hidayət Heydərov tatami üzərinə çıxacaq.
O, 1/16 final mərhələsində yunanıstanlı Konstantinos Tsaparasla yarışacaq.
Qeyd edək ki, turnirin ilk günündə iki cüdoçumuz - Əhməd Yusifov və Turan Bayramov bürünc medal qazanmışdı.
15 cüdoçumuz Avropa çempionatında çıxış edəcək
Gənc cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib
"Gələcəyin ümidləri" təlim proqramına seçilən cüdoçularla görüş təşkil edilib
Avropa çempionatına qatılacaq Azərbaycan cüdoçuları ilə görüş keçirilib
Cüdo üzrə Liqa yarışının II turu keçiriləcək