EN

Dövlət Departamenti Livan-İsrail atəşkəsinin şərtlərini açıqladı

İsrail Livanla atəşkəsə baxmayaraq, "özünümüdafiə üçün bütün zəruri tədbirləri görmək" hüququnu özündə saxlayıb.

Azreform.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib.

Sənəddə deyilir ki, İsrail istənilən vaxt planlaşdırılan və ya davam edən hücumlara qarşı özünümüdafiə üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır. Hərbi əməliyyatların dayandırılması bunun qarşısınıalmayacaq. Lakin İsrail bundan sonra Livan ərazisində mülki, hərbi və digər hökumət hədəfləri də daxil olmaqla qurudan, havadan və ya dənizdən hücum hərbi əməliyyatları aparmayacaq.

Həmçinin vurğulanır ki, Beyrut hökuməti xarici dəstəkli Hizbullahın və bütün digər qeyri-hökumət silahlı qruplarının Livan ərazisindən İsrail hədəflərinə qarşı hər hansı hücum, əməliyyat və ya müdaxilə etməsinin qarşısını almaq üçün əhəmiyyətli addımlar atacaq.

ABŞ Dövlət Departamenti bildirib ki, əgər danışıqlar irəliləyiş göstərərsə və Livan suverenliyini qorumaq qabiliyyətini effektiv şəkildə nümayiş etdirərsə, ilkin müddət (10 gün) Livan və İsrail arasında qarşılıqlı razılaşma ilə uzadıla bilər.

Elvin

Azreform.info

Chosen
21
3
azreform.info

4Sources