Azərbaycan cüdoçusu Əhməd Yusifov Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Sportinfo.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Balabəy Ağayevi ipponla məğlub edib.
Bu, Azərbaycanın cari Avropa çempionatında ilk medalı olub.
Avropa çempionatı aprelin 19-da başa çatacaq.