EN

Kişi 20 il qarnında termometrlə yaşayıb

Çində 32 yaşlı bir kişi qarın ağrıları ilə xəstəxanaya müraciət edib.

Musavat.com xəbər verir ki, müayinə zamanı həkimlər onun onikibarmaq bağırsağında termometr aşkarlayıblar.

Məlumata görə, termometrin ucu bağırsaq divarına dirənibmiş və bu da daxili qanaxma riski yaradırmış.

Pasiyent bildirib ki, termometri 12 yaşında olarkən təsadüfən udub, lakin qorxduğu üçün bunu heç kimə deməyib. Zaman keçdikcə isə həmin hadisəni tamamilə unudub.

Həkim-endoskopistlər cəmi 20 dəqiqə ərzində yad cismin çıxarılması prosedurunu həyata keçiriblər. Bildirilir ki, termometr uzun illər orqanizmdə qalmasına baxmayaraq bütöv vəziyyətdə qalıb, sadəcə üzərindəki şkala silinib.

 

Musavat.com

Chosen
26
3
musavat.com

9Sources