EN

ABŞ Suriyadan çıxdı: 12 illik əməliyyat başa çatdı - Video

ABŞ Suriyada uzun illər davam edən hərbi fəaliyyətinə nöqtə qoyub.

Musavat.com xəbər verir ki, sonuncu Amerika hərbi karvanı Kasrak bazasını tərk edib və bununla da quru əməliyyatı rəsmi şəkildə başa çatıb. Məlumata görə, ölkənin şimal-şərqində nəzarət artıq Suriya hökumət qüvvələrinin əlinə keçib. 

Qeyd edək ki, Vaşinqtonun Suriyadakı hərbi missiyası 2014-cü ildən davam edirdi və əsas məqsəd İŞİD-lə mübarizə idi. Hazırda isə bu mərhələnin tamamlandığı bildirilir.

 

Musavat.com

Chosen
26
musavat.com

1Sources