EN

Bazardan aldığı bitkidən zəhərlənən həkim ÖLDÜ

Lvovda bazardan alınan bitki səbəbilə idman həkimi zəhərlənərək vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Lvov şəhərində faciəvi hadisə baş verib. Bazardan çeremşa (vəhşi sarımsaq) adı ilə satılan bitkini alan ailə zəhərlənib.

İdman həkimi və onun həyat yoldaşı ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdiriliblər.

Məlum olub ki, satılan bitki əslində zəhərli “çemeritsa” (zəhərli süsən) olub. Bir neçə gün davam edən müalicəyə baxmayaraq, həkim dünyasını dəyişib.

Onun həyat yoldaşının müalicəsi isə xəstəxanada davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
35
interpress.az

1Sources