EN

Şahbaz Şəriflə İshaq Dar TürkiyədəSƏFƏRDƏDİR

Pakistanın Baş naziri Şahbaz Şərif və xarici işlər naziri Məhəmməd İshaq Dar 5-ci Antalya Diplomatiya Forumunda (ADF) iştirak məqsədilə Türkiyədə səfərdədirlər.

Redaktor.az xəbər verir ki, bu barədə İshaq Dar "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Səmimi qarşılama və türk qonaqpərvərliyinə görə minnətdarıq", - nazir bildirib.

Pakistanın xarici işlər naziri qeyd edib ki, ADF çərçivəsində maraqlı görüşlər gözlənilir: "Panel müzakirələri, həmkarlarla görüşlər və əsas regional, qlobal problemlər üzrə konstruktiv fikir mübadiləsi ilə dolu bir proqramımız var".

Chosen
22
8
redaktor.az

10Sources