EN

Bu ölkə NATO ilə əlaqələri kəsib, Rusiya ilə dost olacaq

Sloveniya kursunu dəyişə və Şimali Atlantika Alyansı ilə əlaqələrini kəsə bilər. 

Milli Assambleyanın yeni sədri Zoran Stevanoviç bunu Radio Prvi-nin videosunda açıqlayıb. O, ölkənin NATO-dan çıxması ilə bağlı milli sorğu keçirmək niyyətində olduğunu açıqlayıb. “Biz xalqa NATO-dan çıxmaqla bağlı referendum vəd etmişdik və bu referendumu da keçirəcəyik”.

Alyansdan çıxmaqla yanaşı, Stevanoviç tezliklə Rusiyaya səfər etməyi planlaşdırır. O, böyük dövlətlərlə iqtisadi əməkdaşlığa ehtiyac olduğunu əsas gətirərək, Rusiya əleyhinə sanksiyaların tədricən aradan qaldırılmasının tərəfdarıdır. “Qərb və Şərq arasında ucaldılan divardan asılı olmayaraq, bütün ölkələrlə körpülər qurmaq və yaxşı əməkdaşlıq etmək istərdim. Buna görə də tezliklə Moskvaya səfər etməyi planlaşdırıram”, – deyə siyasətçi bildirib.

Məlumatlara görə, Stevanoviç özü Rusiyayönlü baxışlarla bağlı ittihamları rədd edir. Onun sözlərinə görə, bu cür hərəkətlər yalnız ölkəsinin maraqlarına uyğundur. “Mənim Rusiyayönlü baxışlarım yoxdur, yalnız Sloveniyayönlü baxışlarım var. Biz iddia edirik ki, Sloveniya öz siyasətini müstəqil və suveren şəkildə həyata keçirməlidir”, – deyə natiq vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
42
editor.az

1Sources