EN

İsrail vəd verdi: Bu halda İranı məhv edəcəyik

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsrailin müdafiə naziri İsrael Katz İranla bağlı sərt bəyanatla çıxış edib. O bildirib ki, Tehran hazırda tarixi yol ayrıcındadır və mövcud siyasət kursunu davam etdirəcəyi təqdirdə yeni hərbi zərbələr qaçılmaz ola bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri yazıb.

Nazirin sözlərinə görə, İran qarşısında iki seçim var: Ya gələcəyə aparan yolla hərəkət etməli, ya da  təcrid, dağıntı və uçurumla üzləşməlidir. Katz vurğulayıb ki, əgər rəsmi Tehran siyasətini dəyişməzsə, İsrail tərəfindən hədəf alınmamış obyektlərə yönələcək zərbələr daha ağır nəticələrə səbəb olacaq

O həmçinin qeyd edib ki, ABŞ və İsrailin həyata keçirdiyi əməliyyatlar çərçivəsində artıq bir sıra hədəflər vurulub. Lakin hələ toxunulmamış obyektlər mövcuddur və onlar da zərbəyə məruz qalacaq.

Müşahidəçilər hesab edir ki, bu cür sərt açıqlamalar regionda gərginliyin daha da artacağından xəbər verir və tərəflər arasında mümkün eskalasiya riskini yüksəldir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
globalinfo.az

2Sources