EN

Kahramanmaraş liseyində baş verən hadisə ilə əlaqədar 80-dən çox insan saxlanılıb

Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinin məlumatına görə, polis Türkiyədə məktəblərə edilən hücumlarla əlaqədar 80-dən çox insanı saxlayıb.

Onlayn kampaniya da başlayıb. Hakimiyyət orqanları 940 sosial media hesabına girişi məhdudlaşdırıb. Doxsan üç Telegram qrupu bloklanıb.
Xatırladaq ki, dünən Kahramanmaraş şəhərində bir liseydə baş verən silahlı hücumda doqquz nəfər həlak olub, 13 nəfər yaralanıb. Bu hadisələrdən bir gün əvvəl, çərşənbə axşamı günü Şanlıurfa əyalətinin Siverek rayonunda bir lisey silahlı hücuma məruz qalmışdı.

Bir nəfər ölmüş, 16 nəfər yaralanmışdı.

//Samir Qurbanov, Editor.az

Chosen
32
editor.az

1Sources