Bakı. Trend:
Bu ilin I rübü üzrə Azərbaycanda fəaliyyət göstərən banklarınxalis mənfəətinin məbləği açıqlanıb.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, xalis mənfəəti ən yüksək olan bank “Kapital Bank”olub. Bankın xalis mənfəəti 120,170 milyon manat təşkil edib.
İkinci sırada 110,570 milyon manat xalis mənfəət ilə AzərbaycanBeynəlxalq Bankı (ABB) dayanıb. Siyahının üçüncü pilləsində isə48,287 milyon manat xalis mənfəət ilə "PAŞA Bank" qərarlaşıb.
Zərəri olan bank isə “Avrasiya Bank” olub. Bankın zərərininhəcmi 937 min manat təşkil edib.
№ | Banklar | Bankın xalis mənfəəti (zərəri) (milyon manat) |
1 | Kapital Bank | 120,170 |
2 | International Bank of Azerbaijan | 110,570 |
3 | PASHA Bank | 48,287 |
4 | Bank Respublika | 17,032 |
5 | Access Bank | 12,995 |
6 | Xalq Bank | 9,390 |
7 | Bank of Baku | 8,289 |
8 | Unibank | 8,059 |
9 | Yelo Bank | 6,685 |
10 | Ziraat Bank Azerbaijan | 5,571 |
11 | Rabitabank | 5,096 |
12 | Azer-Turk Bank | 4,546 |
13 | Premium Bank | 3,676 |
14 | Express Bank | 3,272 |
15 | Turan Bank | 2,879 |
16 | VTB Bank | 1,731 |
17 | Azerbaijan Industry Bank | 1,723 |
18 | Yapi Kredi Bank | 1,418 |
19 | Bank Melli Iran-Baku | 1,328 |
20 | AFB Bank | 1,128 |
21 | Avrasiya Bank | -937 |