EN

Azərbaycanın elektrik enerjisi ixracından əldə etdiyi gəlir məlum olub

Bakı. Trend:

Bu ilin yanvar–mart aylarında Azərbaycan 96,772 milyonkilovat-saat elektrik enerjisi ixrac edib.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, elektrik enerjisininixracından əldə olunan gəlir 5,098 milyon ABŞ dolları təşkiledib.

Ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi ixracıhəcm baxımından 343,6 milyon kilovat-saat və ya 4,5 dəfə, dəyərifadəsində isə 19,3 milyon ABŞ dolları və ya 4,8 dəfə azalıb.

Hesabat dövründə elektrik enerjisi ixracının qeyri-neftsektorundakı payı 0,59% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xariciölkələrlə 9,407 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,642 milyard dollar vəya 21,9% azdır.

Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın,4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 984 milyon dollar və ya 15,4%, idxal isə 1,658 milyard dollarvə ya 29,3% azalıb.

Yekunda xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfəçoxdur.

Məqalədə:
Chosen
36
1
az.trend.az

2Sources