EN

Direktoru ölümlə hədələyən daha bir şagird saxlanıldı

Türkiyənin Bolu vilayətində 7-ci sinif şagirdi Vatsap qrupuna səsli mesaj göndərərək, məktəb direktorunu və şagirdləri öldürməklə hədələyib.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, səsli mesajı görən şagirdlərdən birinin valideyni polisə şikayət edib. Nəticədə şagird polislər tərəfindən saxlanılıb.

Qeyd edək ki, bu gün Türkiyənin Zonquldağ şəhərində polis məktəbə hücum etməklə hədələyən lisey şagirdini saxlamışdı. /axar.az/

Chosen
18
4
turkustan.az

5Sources