EN

8000 min manata əxlaqsızlıq etdiyi deyilən türk aktrisa kimdir? FOTOLAR

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Məşhur seriallardakı rolları ilə tanınan gənc aktrisa Aleyna Bozokun adı narkotik və fahişəlik istintaqına qarışıb. Hüquq-mühafizə orqanlarının apardığı genişmiqyaslı əməliyyat çərçivəsində saxlanılan və məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılan aktrisanın ifadəsi, həmçinin qalmaqallı "WhatsApp" yazışmaları ictimaiyyətə məlum olub. İstintaq sənədlərində Bozokun Yiğit Macit adlı şübhəli ilə apardığı 200 min lirəlik (təxminən 7600 manat ) "bazarlıq" dialoqları yer alıb.Demokrat.az xəbər verir ki, iddialara görə, Aleyna Bozok və Yiğit Macit arasındakı mesajlarda "clubhouse və masaja gedək, pulunu ödəyəcəyəm" ifadələri işlədilib. Aktrisa prokurorluqdakı ifadəsində bu yazışmaları inkar etməyib, lakin onların fahişəlik məqsədi daşımadığını iddia edib. İqtisadi çətinlik çəkdiyini və kredit kartı borclarını ödəmək üçün pul istədiyini deyən Bozok, hesabına köçürülən 200 min lirənin "müalicə yardımı" olduğunu müdafiə edib. O, döş xərçəngi və sedef xəstəliyindən əziyyət çəkdiyini, yüksək müalicə xərclərini qarşılamaq üçün bu məbləği qəbul etdiyini bildirib.Buna baxmayaraq, istintaq faylındakı digər detallar vəziyyətin daha mürəkkəb olduğunu göstərir. Yiğit Macitin "Kanka, 100-100 bölüşərik" mesajı və aktrisaya nüfuzlu şəxslərlə görüşmək təklifləri fahişəlik iddialarını gücləndirib. Yazışmalarda Bozokun karyerasından narahat olduğu üçün "Çox qorxuram, heç kimlə pul üçün o şeyi etməyəcəyəm" deyə cavab verdiyi də qeyd olunub. Aktrisanın vəkili isə müştərisinin "qurban" mövqeyində olduğunu, sadəcə kömək vədi ilə aldadıldığını vurğulayıb.Eyni istintaq çərçivəsində məşhur "Kütüphane" və "Terapy" məkanlarının sahiblərinin də ifadələri alınıb. Məkanlarda narkotik maddə istifadə edildiyi iddiaları gündəmə gəlsə də, müəssisə sahibləri bu halları rədd ediblər. Lakin "Terapy" məkanının işlətməçisi Deniz Metin Yüksel şəxsən narkotik vasitə istifadə etdiyini etiraf edərək, maddələri "Telegram" qrupları vasitəsilə əldə etdiyini bildirib.Aleyna Bozok kimdir?Qeyd edək ki, Aleyna Bozok 11 yanvar 2002-ci ildə anadan olub. O, ali təhsilini Nişantaşı Universitetinin Dietoloq ixtisası üzrə tamamlasa da, daha sonra sənət sahəsinə yönəlib. Aktrisalıq bacarıqlarını inkişaf etdirmək üçün Sadri Alışık Mədəniyyət Mərkəzində peşəkar təlimlər keçib. 2026-cı il etibarilə 24 yaşı olan gənc sənətçi Oğlaq bürcüdür və 1.69 metr boyu var. İstanbulda böyüyüb boya-başa çatan Bozok hazırda subaydır.Aktrisanın televiziyadakı fəaliyyəti bir neçə reytinqli layihə ilə bağlıdır. O, ilk ciddi ekran təcrübəsini "Yalı Çapkını" serialı ilə qazanıb. Daha sonra "Annem Ankara" serialında Günəş obrazını canlandıran Aleyna 2025-ci il mövsümündə "Kızılcık Şerbeti" layihəsinə daxil olaraq burada Yasemin obrazı ilə izləyicilərin qarşısına çıxıb.

 

İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
demokrat.az

1Sources