Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 262 (Cild I); 2025, № 9, maddə 868) ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “59. Siyasi elmlər” bölməsinin “Elm sahələri və ixtisaslar” sütununda “Davamlı inkişafın idarə edilməsi” sözləri “Davamlı inkişaf” sözləri ilə əvəz edilsin.