AZ

Baş nazirdən təhsillə bağlı yeni QƏRAR

Nazirlər Kabineti “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında qərarda dəyişiklik edib.

KONKRET.az xəbər verir ki, Baş naziri Əli Əsədovun imzaladığı qərarda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 262 (Cild I); 2025, № 9, maddə 868) ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “59. Siyasi elmlər” bölməsinin “Elm sahələri və ixtisaslar” sütununda “Davamlı inkişafın idarə edilməsi” sözləri “Davamlı inkişaf” sözləri ilə əvəz edilsin.

Seçilən
12
4
konkret.az

5Mənbələr