EN

Azərbaycan və ADB aqrar sahədə əməkdaşlıq üçün İşçi Qrupu yarada bilər

ain.az, 525.az portalına istinadən məlumat verir.

Azərbaycan və Asiya İnkişaf Bankı (ADB) arasında aqrar sahədə əməkdaşlıq üçün İşçi Qrupunun yaradılması müzakirə olunub.

525.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, qurumda ADB-nin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə nazir müavinləri Seymur Səfərli və Zaur Əliyev, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı, aidiyyəti struktur bölmələrin nümayəndələri, ADB-in Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Leah Gutierrez, Bankın Azərbaycandakı ölkə üzrə direktoru Sunniya Durrani-Camal, ölkə üzrə əməliyyatlar rəhbəri Marina Best və digər nümayəndələr iştirak ediblər.

Görüşdə qarşılıqlı əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, Azərbaycanda aqrar sektorun mövcud vəziyyəti, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verilib. Qeyd edilib ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Azərbaycan bu tərəfdaşlığın daha da gücləndirilməsində maraqlıdır və ölkəmizin davamlı inkişaf məqsədlərinə töhfə verə biləcək yeni təşəbbüslərin müzakirəsinə xüsusi önəm verir. Hökumət kənd təsərrüfatının inkişafı siyasəti və strategiyası əsasında ADB ilə səmərəli əməkdaşlıqda maraqlıdır.

Bildirilib ki, hazırda ADB Azərbaycanda kənd təsərrüfatı üzrə bir sıra layihələr icra edir və bu təşəbbüslər sektorun modernləşdirilməsinə, innovativ yanaşmaların tətbiqinə və regional əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Görüşdə əməkdaşlıq çərçivəsində icra olunan layihələr, aqrar sahədə islahat gündəliyi, suvarma və su təsərrüfatının modernləşdirilməsi planları, yeni kənd təsərrüfatı strategiyasının hazırlanması və potensial əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər həmçinin ADB ilə Nazirlik arasında İşçi Qrupunun yaradılması və birgə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, əməkdaşlığın genişləndirilməsi aqrar sahədə dayanıqlı inkişafın təmin olunmasına, regionların potensialının artırılmasına və kənd yerlərində iqtisadi imkanların genişləndirilməsinə mühüm töhfə verəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
3
525.az

6Sources