EN

“Qiymət artımının əsas səbəbi monopoliyadır”- Fikrət Yusifov

Bazarlarda müşahidə olunan qiymət artımlarının bir sıra səbəbləri var. Ekspertlərin fikrincə, bu səbəblər arasında ilk sırada ölkədə mövcud olan ciddi monopoliya və onun aradan qaldırılması üçün qəbul edilmiş Rəqabət Məcəlləsinin effektiv işləməməsi dayanır.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin rəhbəri Fikrət Yusifov QHT.az-a açıqlamasında bildirib ki, hökumət xüsusilə sahibkarların kredit əlçatanlığı probleminin həlli istiqamətində ciddi addımlar atmalıdır. Onun sözlərinə görə, bu sahədə görüləcək işlər bazarda qiymət sabitliyinin təmin olunmasına müsbət təsir göstərə bilər.

O qeyd edib ki , digər bir məsələ isə bazarlarda süni qiymət artımlarının qarşısını ala biləcək mexanizmlərin olmaması və ya qanunla nəzərdə tutulan mexanizmlərin tətbiq edilməməsidir.  
Bütün bunların qarşısını almağın yeganə yolu, ölkədə makro, kiçik və orta biznes müəssisələrinə dövlətin maliyyə dəstəyinin verilməsidir.

"Bu gün ölkədə məhsul bolluğunu və deməli qiymətlərin optimallaşdırılmasını haqqında danışdığımız biznes istehsal müəssisələri təmi etməlidilər. Hökumət onların kredit əlçatanlığı kimi problemin üzərində ciddi düşünməlidir..."- deyə o açıqlamasında bildirib.

Zəhra Ağayeva

Chosen
22
qht.az

1Sources