EN

Pakistan rəsmisi: Məxfilik vacib şərtdir

ABŞ-İran danışıqlarının ikinci mərhələsinin tarixi hələ müəyyən edilməyib.

"Yeni Sabah" EFE-yə istinadən xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi bildirib.

Onun sözlərinə görə, danışıqların uğuru üçün məxfilik vacib şərtdir: 

"İslamabad vasitəçi ölkənin neytrallığını pozmamaq üçün gündəliyin təfərrüatlarını və ya iştirakçı ölkələrin mövqelərini açıqlamaq niyyətində deyil. Növbəti görüşdə kim iştirak edəcək, nümayəndə heyətlərinin sayı nə qədər olacaq, kim qalacaq və kim gedəcək - buna tərəflər qərar verəcək".

Andrabi bildirib ki, İslamabad danışıqlarda iştirak edən tərəflərin mövqeləri barədə şərh verməyəcək, çünki Pakistan danışıqlarda əsas vasitəçi kimi ona göstərilən etimadı yüksək qiymətləndirir.

"Cebheinfo.az"

Chosen
5
3
cebheinfo.az

4Sources