Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatında dəyişiklik edilib.
Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli qərarı ilə təsdiq edilmiş təsnifatın “Siyasi elmlər” (bölmə 59) hissəsində redaktə aparılıb.