EN

Asim Munir vasitəçilik üçün Tehrana gedib

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran dövlət mediasının məlumatına görə, görüş ABŞ–İran danışıqlarının növbəti mərhələsinin təşkili və mövcud gərginliyin azaldılması istiqamətində aparılan vasitəçilik səyləri çərçivəsində baş tutub. Bildirilib ki, feldmarşal Asim Munir və Pakistanın daxili işlər naziri Möhsi̇n Nəqvi danışıqları davam etdirmək üçün Tehranda səfərdədirlər.İran rəsmilərinin Pakistan nümayəndə heyəti ilə ABŞ-ın təkliflərini və danışıqlar prosesinin gedişini geniş müzakirə ediləcəyi gözlənilir. Qeyd olunur ki, Pakistan tərəfi vasitəçilik missiyası çərçivəsində Tehrandan sonra Vaşinqtona səfər etməyi planlaşdırır. Pakistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Tahir Andrabi isə bildirib ki, ABŞ və İran arasında növbəti danışıqlar raundunun vaxtı hələ müəyyənləşdirilməyib. Xatırladaq ki, aprelin 11-də tərəflər arasında keçirilən əvvəlki görüşdə Hörmüz boğazı üzərindən keçidin bərpası, İranın nüvə proqramı, sanksiyaların ləğvi və hərbi əməliyyatların dayandırılması məsələləri müzakirə olunub.

M.Həsənli

AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
azvision.az

1Sources