EN

Overçuk: Həştərxan vilayətinin vəsaiti hesabına Zəngilan uşaq bağçaları inşa edilir

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Rusiya iş dünyasının Azərbaycanın azad edilmiş ərazilərindəki quruculuq işlərinə böyük maraq göstərdiyini vurğulayıb.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazirinin müavini Aleksey Overçuk bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasında deyib. Baş nazirin müavini qeyd edib ki, hökumətlərarası komissiyanın iclasının məhz Şərqi Zəngəzur iqtisadi rayonunda keçirilməsi simvolik əhəmiyyət kəsb edir: "Biz Rusiya biznesini buradakı yaradıcı layihələrdə fəal iştirak etməyə yönləndiririk. Xüsusilə yaradılmış əlverişli investisiya mühiti bu əməkdaşlıq üçün geniş imkanlar açır". A. Overçuk artıq Rusiya biznesinin və regionlarının bölgədəki fəaliyyətinə dair uğurlu nümunələri diqqətə çatdırıb.

O, Cəbrayıl şəhəri ilə Sankt-Peterburq arasında əməkdaşlıq çərçivəsində mühüm təmasların qurulduğunu bildirib: “Regionlararası əməkdaşlıq çərçivəsində Həştərxan vilayətinin vəsaiti hesabına Zəngilanın kəndlərində uşaq bağçaları inşa edilir”.

Chosen
17
11
teleqraf.com

10Sources