AZ

Overçuk: Rusiyalı iş adamları Qarabağ quruculuqda iştirakda maraqlıdır

Rusiyalı iş adamları Azərbaycanın azad edilmiş ərazilərində quruculuq işlərində iştirak etməkdə maraqlıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasında deyib.

“Rusiya biznesini buradakı yaradıcı layihələrdə fəal iştirak etməyə yönləndiririk. Xüsusilə yaradılmış əlverişli investisiya mühiti bu əməkdaşlıq üçün geniş imkanlar açır”, – Overçuk vurğulayıb.

O, Rusiya biznesinin və regionlarının bölgədəki fəaliyyətinə dair uğurlu nümunələri diqqətə çatdırıb. Baş nazirin müavini Cəbrayıl şəhəri ilə Sankt-Peterburq arasında əməkdaşlıq çərçivəsində mühüm təmasların qurulduğunu bildirib: “Regionlararası əməkdaşlıq çərçivəsində Həştərxan vilayətinin vəsaiti hesabına Zəngilanın kəndlərində uşaq bağçaları inşa edilir”.

Seçilən
4
11
konkret.az

10Mənbələr