EN

İlin sonunadək ikinci LRHW hipersəs raket batareyası ABŞ ordusuna təhvil veriləcək

Bakı, 16 aprel, AZƏRTAC

ABŞ Silahlı Qüvvələri ilin sonunadək LRHW (Long-Range Hypersonic Weapon) uzun mənzilli hipersəs raketinin ikinci batareyasını silahlanmaya qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Ordusunun Baş Qərargah rəisinin müavini general Kristofer Laniv deyib.

“2024-cü ilin dekabr ayında LRHW raketi uğurla sınaqdan keçirilib. 2026-cı ilin əvvəlində ilk batareya Hərbi Hava Qüvvələrinin “Luis-Makkord” bazasında (Vaşinqton ştatı) yerləşdirilib. İkinci batareyanın yerləşdirilməsi isə 2026-cı ilin sonlarına planlaşdırılır”, - deyə o, bildirib.

Chosen
18
2
azertag.az

3Sources