EN

AÇ-də ilk məğlubiyyət gəldi

Azərbaycan cüdoçuları Tbilisidə keçirilən Avropa çempionatına qələbələrlə başlayıblar.

"Cebheinfo.az" xəbər verir ki, bütün idmançılarımız ilk mərhələlərdə qalibiyyətə sevinib. 

Xanım cüdoçumuz Şəfəq Həmidova (48 kq) 1/16 finalda Erza Muminoviçi (Kosova) məğlub edib. 

Könül Əliyeva (48 kq) isə Amber Qersyesi (Niderland) üstələyib. 

Leyla Əliyevanın (52 kq) rəqibi Nikolina Nişaviç (Serbiya) 1/6 final görüşünə çıxmayıb. Bu səbəbdən L.Əliyeva 1/8 finala yüksəlib.

Gültac Məmmədəliyeva (52 kq) 1/16 finalda Karla Tavares Fernandeşlə (Lüksemburq) üz-üzə gəlib. O rəqibini məğlub edib. 

Kişi cüdoçularımızdan Turan Bayramov (66 kq) almaniyalı Nikolas Kunzeyə qalib gələrək 1/16 finala yüksəlib. 

Balabəy Ağayev (60 kq) isə 1/8 finalda italiyalı Andrea Karlino üzərində qalibiyyətə sevinib. 

Əhməd Yusifov (60 kq) isə böyük britaniyalı Çarli Ayredən üstün olub və 1/8 finala çıxıb. 

***

Gültac Məmmədəliyeva 1/16 finalda macarıstanlı Reka Puppa uduzaraq mübarizəni dayandırıb. Bu, Azərbaycan yığması üçün günün ilk məğlubiyyəti olub. 

***

Turan Bayramov 1/16 finalda italiyalı Elios Manzini məğlub edərək 1/8 finala çıxıb. Onun rəqibi rusiyalı Murad Çopanov olacaq. 

"Cebheinfo.az"

Chosen
18
1
cebheinfo.az

2Sources