EN

Vergi orqanı fiziki şəxsin uçotdan çıxarılması prosesinə müəyyən məlumatlar əsasında başlayır

Vergi orqanı fiziki şəxsin uçotdan çıxarılması prosesinə müəyyən məlumatlar əsasında başlayır.
Heftelik.az-ın məlumatına görə, bu, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda əksini tapıb.
Bu proses fiziki şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin müraciəti ilə başlaya bilər.
Müraciət Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş xüsusi ərizə formasında təqdim edilir.
Bəzi hallarda əlavə sənədlər də ərizəyə əlavə olunmalıdır.
Məsələn, torpağın özgəninkiləşdirilməsi barədə sənəd təqdim edilə bilər.
Ailə kəndli təsərrüfatı ilə bağlı isə bələdiyyə tərəfindən verilmiş sənəd tələb olunur.

Chosen
11
heftelik.az

1Sources