EN

Afaq Bəşirqızıdan AzTV-nin süni zəka ilə hazırladığı filmə REAKSİYA

Xəbər verdiyimiz kimi, AzTV süni intellekt texnologiyaları vasitəsilə “Sultan Həsən Bahadur” filmini hazırlayıb.

Xalq artisti Afaq Bəşirqızı süni zəka ilə hazırlanan filmlə bağlı Redaktor.az-a açıqlamasında bildirdi ki, əgər mövzu həqiqətən maraqlıdırsa və indi çəkilməsi vacibdirsə, insanların yaddaşında qalacaqsa, belə filmlərin çəkilməsi normaldır:

"Bu filmlər adətən böyük metrajlı olmur, daha çox qısametrajlı olur. Mən Milli Qəhrəmanlar haqqında çəkilən bir-iki filmi izləmişəm. Onlardan biri hələ yayımlanmayıb, hazırda montaj mərhələsindədir, xoşuma gəlib. Ümumilikdə bu cür layihələrə mənfi yanaşmıram. Belə filmlər gənc nəsil üçün həm maarifləndirici, həm də motivasiyaedici rol oynaya bilər. Gələcəkdə əgər süni intellekt vasitəsilə bütöv bir film çəkilərsə və bu film bəzi aktyorların ifasından daha maraqlı alınarsa, buna da normal yanaşmaq olar".

NURİYYƏ

Chosen
21
1
redaktor.az

2Sources