EN

İran Amerika müharibəsi davam edəcək? VİDEO MÜŞAHİDƏ

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elçin Şıxlı: “Əvvəlki intensivlikdə olmasa da, kiçik formada hərbi əməliyyatlar bərpa olunacaq”

Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri, “Ayna-Zerkalo”nun rəhbəri Elçin Şıxlı AYNA.AZ-ın “YouTube” kanalına verdiyi növbəti müsahibəsində ABŞ və İsrailin İrana qarşı müharibəsi, razılıq əldə olunmayan danışıqlar və müharibənin aktiv fazasının yenidən alovlanması ehtimalı barədə danışıb.

Müsahibimiz ABŞ-ın və onun lideri Donald Trampın son addımları, Vaşinqtonun Tehrana qarşı təzyiqləri, riskləri barədə fikirlərini bölüşüb.

Deyib ki, ABŞ-İran danışıqları son onilliklərdə heç zaman müsbət nəticələnməyib: “İran hansısa danışığa gediləsi, razılıq əldə olunası struktur deyil. Ümumiyyətlə, danışıqların müsbət nəticə verəcəyinə mən inanmamışam, inanmıram. İndi gözlənilir ki, danışıqlar bərpa olunacaq. Amma bilmirəm, ağlım çətin kəsir ki, ABŞ-İran anlaşması olacaq”.

“Mənə elə gəlir ki, əvvəlki intensivlikdə olmasa da, kiçik formada hərbi əməliyyatlar bərpa olunacaq. Hər halda, indi Trampın və ABŞ rəsmilərinin dedikləri odur ki, hərbi məqsədlərinə nail oldu, istədiyi obyektləri vurdu. İsrail də eyni bəyanatlarla çıxış edir. Əsas olan isə odur ki, əsas gözlənti olan baş vermədi - İranda rejim dəyişmədi. İrandakı mövcud sistem hələ ki özünü qoruyub saxlayır”, - Şıxlı vurğulayıb.

Müsahibəni tam versiyada təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
ayna.az

1Sources