EN

İmtahan həyəcanı, stress və yuxusuzluq:Mütəxəssislər asılılıq yaratmayan təbii həll yolundan danışır


Son illərdə həm gənclər, həm də orta yaşlı insanlar arasında stress, daxili gərginlik və yuxu problemləri ciddi şəkildə artıb. Xüsusilə imtahan dövründə olan abituriyentlər və tələbələrdə həyacan, ürək döyüntüsü, diqqət dağınıqlığı və yuxusuzluq halları daha çox müşahidə olunur.
Medicina.az xəbər verir ki, mütəxəssislər bildirir ki, bu vəziyyət sadəcə psixoloji deyil, həm də sinir sisteminin balansının pozulması ilə əlaqədardır.
“Gənclərdə imtahan həyacanı artıq geniş yayılıb”
Həkimlərin sözlərinə görə, imtahan həyacanı zamanı orqanizmdə stress hormonlarının səviyyəsi artır, bu isə bir sıra fiziki və emosional əlamətlərlə özünü göstərir:

• Ürək döyüntüsünün artması
• Əllərdə titrəmə
• Daxili narahatlıq hissi
• Konsentrasiya çətinliyi
• Gecələr yata bilməmək
“Bu vəziyyət davamlı olduqda artıq xroniki stress formalaşır və insanın həm sağlamlığına, həm də gündəlik həyatına mənfi təsir edir” – deyə mütəxəssislər qeyd edir.
Yuxusuzluğun əsas səbəbi – sakitləşməyən beyin
Maraqlıdır ki, yuxusuzluq yaşayan insanların əksəriyyəti fiziki yorğunluq hiss etsə də, yatmaqda çətinlik çəkir.
Səbəb isə beynin “sakitləşə bilməməsi” ilə bağlıdır.
Bu zaman insan:

• Yatağa girir, amma fikirlər dayanmaq bilmir
• Tez-tez oyanır
• Səhər yorğun oyanır
“Güclü sakitləşdiricilər problemin həlli deyil”
Mütəxəssislər xəbərdarlıq edir ki, bir çox insanlar bu problemləri aradan qaldırmaq üçün güclü sakitləşdirici və yuxu dərmanlarına müraciət edir.


Lakin bu preparatlar:

• Asılılıq yarada bilər
• Təbii yuxunu pozur
• Sinir sistemini zəiflədir
• Uzun müddətdə təsirini itirir
Alternativ yanaşma: sinir sistemini “məcbur etmədən” bərpa etmək
Son illərdə Avropada və xüsusilə Almaniyada daha fərqli yanaşma tətbiq olunur.
Bu yanaşma biotənzimləyici (inteqrativ) müalicə adlanır və əsas məqsədi:
Orqanizmi zorla sakitləşdirmək yox, onun öz balansını bərpa etməsinə kömək etməkdir.
Təbii və asılılıq yaratmayan həll yolu

Mütəxəssislərin diqqət çəkdiyi preparatlardan biri də Almaniyanın Heel şirkətinə məxsus olan Neurexan N50 adlı biotənzimləyici preparatdır.
Bildirilir ki, bu vasitə:

• Dil altı qəbul olunur
• Təbii komponentlərdən ibarətdir
• Asılılıq yaratmır
• Sinir sistemini balanslaşdırmağa kömək edir
Hansı hallarda istifadə olunur?

Mütəxəssislər qeyd edir ki, bu tip preparatlar aşağıdakı hallarda istifadə edilə bilər:
• İmtahan həyacanı
• Stress və emosional gərginlik
• Yuxuya getməkdə çətinlik
• Gün ərzində narahatlıq hissi
“Əsas məqsəd – səbəbi aradan qaldırmaqdır”

Həkimlər vurğulayır ki, müasir tibbdə artıq yanaşma dəyişib.
Əgər əvvəllər əsas məqsəd yalnız simptomları azaltmaq idisə, indi prioritet: problemin kök səbəbini aradan qaldırmaqdır
Bu isə uzunmüddətli və daha stabil nəticə verir.
Stress, həyacan və yuxusuzluq müasir həyatın ayrılmaz problemlərinə çevrilsə də, mütəxəssislər bu vəziyyətlərin düzgün və təhlükəsiz şəkildə aradan qaldırıla biləcəyini bildirir.
Əsas şərt isə:

• Orqanizmi zorlamamaq
• Asılılıq yaradan vasitələrdən uzaq durmaq
• Təbii və balanslaşdırıcı yanaşmalara üstünlük verməkdir
Əgər siz də tez-tez stress, həyacan və ya yuxu problemi yaşayırsınızsa, bu vəziyyəti uzun müddət gözardı etməmək və mütəxəssis məsləhəti almaq tövsiyə olunur.


Chosen
20
1
medicina.az

2Sources