Bakı. TurkicWorld:
Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 299 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.
TurkicWorld bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 7,898 milyon ABŞ dolları olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 129 ədəd və ya 43,1%, dəyər ifadəsi ilə isə 7,660 milyon ABŞ dolları və ya 2 dəfə azdır.
Ümumilikdə, bu ilin yanvar-mart aylarında Azərbaycana 339,6 milyon ABŞ dolları dəyərində 15 351 ədəd avtomobil idxal edilib. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 7 585 ədəd və ya 1,5 dəfə, dəyər ifadəsi ilə 60,6 milyon ABŞ dolları, yaxud da 15,1% azalıb.
Dövr ərzində ölkəyə 50,972 milyon ABŞ dolları dəyərində 280 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 251,916 milyon ABŞ dolları dəyərində 13 359 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.