EN

MPL: liderin səfərdə “biləyi bükülmür”

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Sabah” Misli Premyer Liqasında bu mövsüm səfər oyunlarında məğlub olmayan yeganə kollektivdir.

Futbolpress.az-ın məlumatına görə, “bayquşlar” qonaq olduğu 13 matçda 10 qələbə qazanıb, 3 dəfə heç-heçə edib. Səfərdə 34 qol vuran “futuristlər” qapısında 12 top görüb.

Səfər oyunları statistikasında ikinci sırada “Qarabağ” yer alır. Turnir cədvəlində də həmin mövqedə olan “atlılar” 12 səfər matçında 8 qələbə qazanıb, 2 heç-heçə edib, 2 dəfə də uduzub. 23 qol vuran komanda 10-nu buraxıb.

Turnir cədvəlinin üçüncüsü “Turan Tovuz” isə 14 səfər matçında 7 qələbə qazanıb, 5 heç-heçə edib, 2 dəfə də uduzub. Tovuzlular bu göstəricidə də üçüncü pillədə qərarlaşıb. 16 qol vuran bölgə klubu qapısında 7 top görüb. “Turan Tovuz” liqada səfərdə ən az qol buraxan komandadır.

Səfər görüşlərinin ən pis göstəricisi isə “Karvan-Yevlax”la bağlıdır. Autsayder 13 səfər görüşündə cəmi 1 qələbə qazanıb. 3 heç-heçə edən yevlaxlılar 9 dəfə meydanı məğlub tərk edib. Turnir cədvəlinin sonuncu sırasında qərarlaşan kollektiv səfərdə keçirdiyi matçlarda cəmi 9 qol vurub, 30-nu buraxıb ki, bu da liqanın ən pis statistikasıdır.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
futbolpress.az

1Sources