EN

Arılar İsrail ordusunu “məğlub etdi” – VİDEO

İsraildÉ™ bir neçə bölgÉ™dÉ™ qÉ™fil ortaya çıxan on minlÉ™rlÉ™ arı ölkÉ™dÉ™ hÉ™yatı demÉ™k olar ki, iflic edib. 

Bizim.Media xarici KİV-É™ istinadla xÉ™bÉ™r verir ki, sÉ™manı sarı bulud kimi örtÉ™n nÉ™hÉ™ng arı sürülÉ™ri “tarixin É™n böyük arı hücumu” kimi qiymÉ™tlÉ™ndirilir. 

Bu qeyri-adi təbii hadisə yaşayış məntəqələrində panikaya səbəb olub, həmçinin hərbi fəaliyyətlərə də ciddi təsir göstərib.

Məlumata görə, arıların həddindən artıq sıxlığı hava məkanında görmə qabiliyyətini azaldıb. Hərbi təyyarələrin mühərriklərinə ziyan vurmaq riski səbəbindən bir sıra uçuşlar müvəqqəti dayandırılıb.

Səma arılarla örtülüb

Yayılan görüntülərdə on minlərlə arının sürü halında binaları və ağacları bürüdüyü əks olunur. Səlahiyyətli qurumlar əhalinin təhlükəsizliyi üçün təcili xəbərdarlıq yayıb. Vətəndaşlara qapı və pəncərələri möhkəm bağlamaq, zəruri olmadıqca çölə çıxmamaq tövsiyə olunub. Bildirilib ki, açıq ərazilərdə arıların yüksək sıxlığı allergik reaksiyalar və hücum riskini artırır.

Hərbi uçuşlar dayandırılıb

Arı hücumu təkcə mülki həyatı deyil, hərbi əməliyyatlara da təsir edib. Məlumata əsasən, İsrail Hərbi Hava Qüvvələri-nə məxsus bəzi təyyarələr uçuş həyata keçirə bilmir. Sıx arı kütləsinin mühərriklərə və həssas avadanlıqlara zərər vurma ehtimalı səbəbindən təhlükəsizlik məqsədilə hərbi uçuşlar müvəqqəti dayandırılıb.

Səbəb araşdırılır

Mütəxəssislər bildirirlər ki, bu cür genişmiqyaslı arı aktivliyinin səbəbi hələlik dəqiq məlum deyil. Ehtimallar arasında qəfil hava dəyişiklikləri və ekoloji tarazlığın pozulması göstərilir. Hazırda xüsusi qruplar arı sürülərinin hərbi bazalardan və yaşayış məntəqələrindən uzaqlaşdırılması istiqamətində işləri davam etdirir.

Bizim.Media 

Chosen
18
bizim.media

1Sources