EN

Arılar İsrail ordusunu “məğlub etdi” VİDEO

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

İsraildə bir neçə bölgədə qəfil ortaya çıxan on minlərlə arı ölkədə həyatı demək olar ki, iflic edib. Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, səmanı sarı bulud kimi örtən nəhəng arı sürüləri “tarixin ən böyük arı hücumu” kimi qiymətləndirilir. Bu qeyri-adi təbii hadisə yaşayış məntəqələrində panikaya səbəb olub, həmçinin hərbi fəaliyyətlərə də ciddi təsir göstərib.Məlumata görə, arıların həddindən artıq sıxlığı hava məkanında görmə qabiliyyətini azaldıb. Hərbi təyyarələrin mühərriklərinə ziyan vurmaq riski səbəbindən bir sıra uçuşlar müvəqqəti dayandırılıb.Səma arılarla örtülübYayılan görüntülərdə on minlərlə arının sürü halında binaları və ağacları bürüdüyü əks olunur. Səlahiyyətli qurumlar əhalinin təhlükəsizliyi üçün təcili xəbərdarlıq yayıb. Vətəndaşlara qapı və pəncərələri möhkəm bağlamaq, zəruri olmadıqca çölə çıxmamaq tövsiyə olunub. Bildirilib ki, açıq ərazilərdə arıların yüksək sıxlığı allergik reaksiyalar və hücum riskini artırır.Hərbi uçuşlar dayandırılıbArı hücumu təkcə mülki həyatı deyil, hərbi əməliyyatlara da təsir edib. Məlumata əsasən, İsrail Hərbi Hava Qüvvələri-nə məxsus bəzi təyyarələr uçuş həyata keçirə bilmir. Sıx arı kütləsinin mühərriklərə və həssas avadanlıqlara zərər vurma ehtimalı səbəbindən təhlükəsizlik məqsədilə hərbi uçuşlar müvəqqəti dayandırılıb.Səbəb araşdırılırMütəxəssislər bildirirlər ki, bu cür genişmiqyaslı arı aktivliyinin səbəbi hələlik dəqiq məlum deyil. Ehtimallar arasında qəfil hava dəyişiklikləri və ekoloji tarazlığın pozulması göstərilir. Hazırda xüsusi qruplar arı sürülərinin hərbi bazalardan və yaşayış məntəqələrindən uzaqlaşdırılması istiqamətində işləri davam etdirir. Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
bizim.media

1Sources