EN

Barselona nın yay transfer planı müəyyənləşib

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Barselona" yay "transfer pəncərəsi"ndə "İnter"in mərkəz müdafiəçisi Alessandro Bastonini və "Tottenhem"dən Luka Vuşkoviçi transfer etməkdə maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bastoni katalonların müdafiəni gücləndirmək üçün əsas namizəddir. 27 yaşlı futbolçunun "İnter"lə müqaviləsi 2028-ci ilə qədərdir. Daha əvvəl "Barselona"nın Bastoninin agentləri ilə şəxsi müqaviləsinin şərtlərini müzakirə etdiyi bildirilirdi. "Nerazzurri" hələ 26 yaşlı mərkəz müdafiəçisi üçün qiymət təyin etməyib. Alessandronun özünün də klubdan ayrılmaq istəmədiyi bildirilib.

19 yaşlı Vuşkoviç "blaugrana"nın müdafiəsini gücləndirmək üçün ikinci favoritdir. Xorvatiyalı futbolçunun "Tottenhem"lə 2030-cu ilə qədər müqaviləsi var, lakin icarə əsasında "Hamburq"da çıxış edir. Bu mövsüm Vuşkoviç Almaniya təmsilçisinin heyətində bütün turnirlərdə 27 oyuna çıxıb və 5 qol vurub.

Qeyd edək ki, "Barselona" La Liqada "Real"dan doqquz xal irəlidədir və turnir cədvəlinin zirvəsində qərarlaşıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
49
sport24.az

1Sources