EN

Türkiyədə məktəbin qarşısında QANLI ATIŞMA - ANBAAN VİDEO

Türkiyənin Sakarya şəhərinin Adapazarı rayonunda 3 küçə boyunca polislə atışan şəxs məktəbin qarşısında vurularaq zərərsizləşdirilib.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, döyüş filmlərini xatırladan həmin anlar mobil telefon kamerasına düşüb.

Hadisə Hızırtepe məhəlləsində baş verib. Hələlik məlum olmayan səbəbdən polislə atışmağa başlayan şəxs, sonda məktəbin qarşısında güllələnərək zərərsizləşdirilib.

Atışmanın baş verdiyi ərazidə Polis Xüsusi Əməliyyat qrupları tərəfindən geniş təhlükəsizlik tədbirləri görülüb.

Yaralı halda ələ keçirilən şəxs təcili tibbi yardım maşını ilə Sakarya Tədris və Araşdırma Xəstəxanasına çatdırılıb.

Silahlı qarşıdurma zamanı ətrafdakı bəzi avtomobillərə və evlərə çox sayda güllə dəyib.

Hadisə anını eyvandan lentə alan şahid Məlih Misir baş verənləri belə təsvir edib:

"Evdə idik, polislərin məhəlləni mühasirəyə aldığını gördük, əvvəlcə nə baş verdiyini anlamadıq. Sonra eyvanda olduğumuz zaman içəri girməyimizi dedilər və silah səsləri eşidildi. Bir nəfər vuruldu, hazırda hadisə yeri araşdırılır. Böyük ehtimalla mənim eyvanıma da güllə dəyib, çünki orada zədə var. Atışma yuxarı küçədən başladı və bura qədər davam etdi. O, tək idi və hara gəldi atəş açırdı, güllələr evlərə və maşınlara isabət edib".

Hazırda faktla bağlı araşdırmalar davam edir.

Musavat.com

Chosen
38
musavat.com

1Sources