EN

Neymar azarkeşlə yaşanan mübahisəyə münasibət bildirib

Bakı. Trend:

"Santos"un hücumçusu Neymar azarkeşlə yaşanan mübahisəyəmünasibət bildirib.

Trend xəbər verir ki,Braziliya klubu Kubok Sudamerikanada Paraqvayın “Rekolleta”komandası ilə 1:1 hesablı heç-heçə edib. Neymar meydan sahiblərininheyətində fərqlənib.

Nəticə yerli azarkeşlərin narazılığına səbəb olub və onlaroyundan sonra komandanı fitə basıblar. “Santos”un bir azarkeşi isəNeymarı tənqid edib.

Buna cavab olaraq 34 yaşlı futbolçu belə qışqırıb:
“Daha çox məşq etməlisən. Bir az kökəlibsən, lənətə gəlmiş. Daimşikayət edirsən, sus! Sus, oğlan. Hörmət göstər, hər şey qaydasındaolacaq. Mən kaprizliyəm? Mən burada həyatımı verirəm, qardaşım!Sənə öz “şöhrət dəqiqəni” verəcəyəm!”

Daha sonra Neymar sosial şəbəkədə üzr istəyib:
“Razıyam ki, azarkeşlə mübahisə etməməliydim və sadəcə susabilərdim. Buna görə inciyən hər kəsdən üzr istəyirəm.

Bir daha belə etməyəcəyimə söz verirəm. Onlar istədiklərini deyəbilərlər, mən isə sadəcə futbol oynamağa davam edəcəyəm.”

Chosen
75
az.trend.az

1Sources