EN

"Bavariya" və "Real"ın bu futbolçuları yarımfinal matçını buraxa bilər

style='margin-bottom:10px;'>

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda üz-üzə gələcək "Bavariya" və "Real"ın ümumilikdə 9 futbolçusu cəzalı duruma düşmək təhlükəsi ilə üz-üzədir.

QOL.az xəbər verir ki, əgər bu komandalar yarımfinala vəsiqə qazanarsa, həmin oyunçular bu gün sarı vərəqə alacaqları təqdirdə limiti doldurduqları üçün növbəti mərhələnin ilk matçını buraxmalı olacaqlar.

"Bavariya"nın heyətində qapıçı Manuel Noyer, müdafiəçilər Dayot Upamekano və Conatan Ta, həmçinin yarımmüdafiəçi Konrad Laymer diskvalifikasiya təhlükəsi altındadır.

Madrid təmsilçisində isə müdafiəçilər Din Höysen və Alvaro Karreras, yarımmüdafiəçi Cud Bellinqem, eləcə də hücumçular Vinisius Juniorla Kilian Mbappe eyni aqibətlə üzləşə bilərlər.

Xatırladaq ki, komandalar arasında 1/4 finalın həlledici cavab qarşılaşması bu gün Münhendə baş tutacaq.

Chosen
34
4
teleqraf.com

5Sources